XƏBƏRLENTİ

xeberlenti.com

MƏDƏNİYYƏT NAZİRLİYİNDƏ ÖZBƏKİSTAN RESPUBLİKASININ MƏDƏNİYYƏT NAZİRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

Ötən gün mədəniyyət naziri Adil Kərimli ilə Azərbaycanda Özbəkistanın Mədəniyyət Günlərinə iştirak etmək üçün ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının mədəniyyət naziri Ozodbek Nazarbekov arasında görüş keçirilib. Görüşdə ölkələrimizin ortaq tarixə, mədəni köklərə, oxşar adət-ənənələrə malik olduğu qeyd edilmiş, mədəni münasibətlərin günü-gündən daha da dərinləşməsindən, bu istiqamətdə aparılan işlərdən söz açılıb.
Qeyd olunub ki, daim dostluq və qardaşlıq şəraitində yaşayan Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlərin, xüsusilə də mədəni əlaqələrin uğurla inkişaf etməsində dövlət başçılarımızın mehriban münasibəti xüsusi rol oynayır və bu münasibətlər nəticəsində mədəni əlaqələr daha geniş müstəvilərə daşınır.

 

About Author