XƏBƏRLENTİ

xeberlenti.com

TƏBİB: Günvurma ilə bağlı 17 müraciət daxil olub

TƏBİB-in tabeliyindəki Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 7-11 avqust tarixlərində günvurma ilə bağlı 17 müraciət daxil olub.

Bu barədə TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, onlardan 10 nəfəri qadın, 7 nəfəri kişidir.

“Müraciət edən şəxslərdən 13 nəfəri böyük, 4 nəfəri uşaqdır. Ümumilikdə müraciət edən şəxslərdən 11 nəfəri hospitalizasiya edilib”,-deyə məlumatda qeyd edilib.

About Author