Türkiyənin “Roketsan” şirkəti tərəfindən qabaqcıl mühəndislik texnologiyaları ilə hazırlanmış ilk zond raketi İğneadadan uğurla buraxılıb.
Bu barədə Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəsmi sosial media hesabında paylaşım edilib.
Nazirlik tərəfindən raketinin buraxılış sınağının görüntüləri paylaşılıb.
Bildirilib ki, raketin bütün kritik alt sistemləri yerli, milli və unikal şəkildə hazırlanıb.
“Ölkəmizin kosmosa çatma səyləri çərçivəsində qabaqcıl mühəndislik texnologiyalarımızla hazırlanmış zond raketimiz İğneadadan uğurla buraxılıb”, – deyə məlumatda qeyd edilib.