XƏBƏRLENTİ

xeberlenti.com

Dağıstandakı partlayışda ölənlərin sayı 33-ə çatdı

Rusiyanın Dağıstan Respublikasının Mahaçqala şəhərində yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 33-ə yüksəlib.

Xeberlenti.com Rusiya mətbuatına istinadən xəbər verir ki, 100-dən çox yaralı var.

Hadisə avqustun 14-də axşam Mahaçqalada avtoservisdə yanğın baş verib. Sonradan alov yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə keçib və partlayış baş verib.

Partlayışla bağlı Dağıstanda matəm elan olunub.

About Author