Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda təşkil olunan Dünya Kubokunda bu gün 1/4 final mərhələsinin ilk oyununu keçirəcək.
Bu barədə Azərbaycan Şahmat Federasiyasından məlumat verilib. Bildirilib ki, 28 yaşlı qrosmeyster bu raundda Hindistan təmsilçisi Vidit Santoşla üz-üzə gələcək. Abasov qara fiqurlarla mübarizə aparacaq.
Qeyd edək ki, Nicat Abasov 1/8 final mərhələsində Birləşmiş Ərəb Əmirliklərindən olan Saleh Salemi, Vidit Santoş isə Beynəlxalq Şahmat Federasiyasının bayrağı altında çıxış edən rusiyalı Yan Nepomnyaşini mübarizədən kənarlaşdırıb.