XƏBƏRLENTİ

xeberlenti.com

Azərbaycanda DƏHŞƏT: 16 yaşlı qızı yeddi nəfər zorladı

Stop Child Violence and Trafficking. Stop Violence Against Children, child bondage in angle image blur , Human Rights Day concept.

Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində 16 yaşlı qız zorlanıb.

2007-ci təvəllüdlü qız bir il ərzində davamlı olaraq yeddi nəfər tərəfindən zorlanıb.

Belə ki, 2004-cü il təvəllüdlü Bibiqulu Xosrov oğlu Abbasov qızın 15 yaşı olan zaman onunla tanış olub və zorlayıb.

Daha sonra dostları ilə birlikdə qızı hər şeyi atasına deməklə şantaj edib və davamlı zorlayıblar.

Oğlan hazırda hərbi xidmətdədir. O, məzuniyyətə gələn zaman qızı yenidən zorlamaq istəyəndə valideynləri məsələdən xəbər tutublar.

Qeyd edilən hadisə ilə bağlı zərərçəkən tərəf artıq polisə məlumat verib.

Artıq hadisə ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində müvafiq araşdırmalara başlanılıb.

About Author