XƏBƏRLENTİ

xeberlenti.com

“PAŞA Holding” “Apple” şirkətinin qurucusunu Bakıya gətirir

30 noyabr və 1 dekabr tarixlərində “PAŞA Holding”in təşkilatçılığı ilə regionun ən böyük innovasiya sammiti olan “InMerge Innovation Summit” keçiriləcək. Artıq 3-cü ildir ki, təşkil olunan bu tədbir innovatorları, aparıcı texnologiya şirkətlərini, liderləri, startapları və eləcə də investorları bir araya gətirərək onlarla əlaqə yaratmaq, innovasiya ekosisteminə inteqrasiyalar etmək məqsədi daşıyır.

“InMerge Innovation Summit” tədbirində həmçinin “Apple” şirkətinin qurucularından Steve Wozniak da iştirak edəcək.

Günümüzün texnologiya sahəsində aparıcı şirkətlərdən biri “Apple”ı yaradan şəxslərdən olan Steve Bakıda keçiriləcək bu əhəmiyyətli tədbirdə texnologiya sahəsindəki yeniliklərdən, həmçinin öz işlərindən söz açacaq.

Tədbirdə “Trendyol” şirkətlər qrupunun prezidenti Çağlayan Çetin, “PAŞA Holding”in baş icraçı direktoru Cəlal Qasımov, məşhur TED spikeri Michael Ringel və sahəsində özünü təsdiq etmiş onlarla şəxs də iştirak edəcək.

About Author