XƏBƏRLENTİ

xeberlenti.com

PKK-nın arxiv işlərinə baxan şəxs öldürülüb

Türkiyənin Milli Təhlükəsizlik Təşkilatı İraqın şimalındakı Qara bölgəsində terror təşkilatı PKK/KCK-nın mətbuat və arxiv işlərindən məsul olan, “Sidar Serhat” kod adlı Cəlal Birdalı zərərsizləşdirib.

Xeberlenti.com Türkiyə mediasına istinadla xəbər verir ki, təhlükəsizlik mənbələrindən alınan məlumata görə, terrorçu Birdal universitetdə mühəndislik təhsili alarkən terror təşkilatı PKK/KCK-HPG tərkibində fəaliyyət göstərib.

Şimali İraqın Zap və Hakurk bölgələrində təhlükəsizlik qüvvələrinə qarşı bir çox hərəkətin iştirakçısı olan və digər terror qruplarını istiqamətləndirən Birdal Şimali İraqın Qara bölgəsində fəaliyyət göstərib, terror təşkilatının mətbuat və arxiv işlərinə görə məsul şəxs olub.

About Author