XƏBƏRLENTİ

xeberlenti.com

BMT TŞ-nin LAÇIN YOLU İLƏ BAĞLI İCLASINDA NƏLƏR BAŞ VERDİ? – Föqəladə iclasın qısa stenoqramı + VİDEO (Yenilənib)

Ötən gecə keçirilən BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı fövqəladə iclası yekun bəyanat və ya qətnamə qəbul olunmadan yekunlaşb.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının Laçın yolu ilə bağlı fövqəladə iclası Ermənistanın müraciəti əsasında  keçirilib.

BMT TŞ-nın fövqaladə iclasına Azərbaycan da müraciət edib. İclasda  Azərbaycanın da müraciətinə baxılıb.

Toplantıda bəzi dövlətlər ermənipərəst mövqəydən çıxış etsə də, Azərbaycanın haqlı mövqeyini müdafiə edənlər də az olmaylb.

Fransa Laçın yolu boyunca əlaqəni dərhal bərpa etməyə çağırıb.

 

 

BMT Təhlükəsizlik Şurasının iclasının qısa stenoqramını təqdim edirik.

“Biz Azərbaycandan beynəlxalq öhdəliklərinə əməl etməyi və bütün irqi ayrı-seçkilik tədbirlərini aradan qaldırmağı və Beynəlxalq Ədalət Məhkəməsinin müvəqqəti tədbirlərinə əməl etməyi tələb edirik” – Fransanın BMT Təhlükəsizlik Şurasının nümayəndəsi.

“Beynəlxalq təşkilatlar üçün humanitar səfərlər maneəsiz olmalıdır”, – bu fikir isə Yaponiyanın BMT-dəki nümayəndəsinın çıxışında səsləndirilib.

İclasda söz alan Albaniyanın nümayəndəsi öz çıxışında Azərbaycanı müdafiə edib: “Albaniya Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına yönəlmiş prosesi alqışlayır. Xüsusilə, 1991-ci il Almatı bəyannamə əsasında tərəflərin bir-birinin ərazi bütövlüyünü tanımağa hazır olmalarını”.

Qabon: “Humanitar yardımlar Qarabağa mümkün qədər tez çatdırılmalıdır”.

BMT Təhlükəsizlik Şurasındakı Braziliya nümayəndəsi: “9 noyabr sənədi sülhün qurulması üçün yol xəritəsidir. Braziliya Ağdam-Xankəndi yolundan istifadə məsələsini nəzərdən keçirməyə çağırır”.

Fransa Laçın yolunun dərhal açılmasını tələb edib. Fransanın BMT-dəki daimi nümayəndəsi: “Paris “Laçın dəhlizi” boyunca sərbəst hərəkəti təmin etməyə çağırırBiz güc tətbiqinə qarşıyıq. 8 aydan artıqdır ki, Azərbaycan “Dağlıq Qarabağ”ı Ermənistanla birləşdirən dəhlizi tamamilə bağlayıb. Bu karantin heç bir qanuni səbəb olmadan “dağlıq Qarabağ” əhalisini dünyadan təcrid edib”.

Qananın BMT-dəki daimi nümayəndəsi: “Tərəflər 10 noyabr 2020-ci il müqaviləsinin tam icrasına qayıtmalıdırlar”.

Albaniya BMT Təhlükəsizlik Şurasında Bakı və İrəvanın danışıqlara sadiqliyini alqışlayır və Zəngəzur dəhlizi istiqamətində dəmir yolunun tikintisinin vacibliyini qeyd edib. Albaniya nümayəndəsi deyir ki, Laçın yolui dağlara, çətin yoldan gedir. Ağdam yolu daha rahatdır.

“Supergüc” olan Malta Bakını Qarabağın “blokadasına son qoymağa” çağırıb.

İsveçrə də proseslərin diplomatik yolla həll edilməsinin vacibliyini vurğulayıb, Qarabağda yaşayan insanların fundamental hüquqlarının təmin edilməsinin vacibliyini vurğulayıb.

“Vəziyyət qəbuledilməzdir, həyati vacib dəhliz dərhal açılmalıdır. Azərbaycan Laçın yolu ilə insanların, malların və nəqliyyatın maneəsiz hərəkətini təmin etməlidir”, – diplomat bildirib.

Ekvador nümayəndəsi 10 noyabr sazişinin şərtlərinə əməl etmək barədə fikir bildirib.

BƏƏ hər iki tərəfi danışıqlar ilə məsələni həll etməyə çağırıb.

Böyük Britaniya və Çin Laçın yolunun “blokadasından” narahatdırlar, dəhliz boyu sərbəst hərəkəti bərpa etməyə çağırırbar.

Çin BMT Təhlükəsizlik Şurasında tərəflərin Laçın yolui ilə bağlı mübahisəni diplomatiya yolu ilə həll etməyə çağırıb. Çin Bakı və İrəvanı “bir-birinə doğru hərəkət etməyə” çağırır. Bununla da daimi nümayəndə qısa nitqini yekunlaşdırıb.

Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski Ağdam-Xankəndi yolundan istifadə məsələsinə baxmağa çağırıb. BMT Təhlükəsizlik Şurasında Laçın yolunun “bloklanması” ilə bağlı narahatlığını ifadə edib. Rusiya İrəvana tövsiyə edib ki, Bakı ilə problemləri həll etsin, BMT Təhlükəsizlik Şurasının platformasına məsələ çıxarmasın.

Ermənistan XİN rəhbəri Ararat Mirzoyan BMT TŞ-da: “Laçın dəhlizi İrəvan və Xankəndi arasında bir bağdır və bunun alternativi yoxdur”.

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev: “Ermənistanın humanitar məsələ kimi təqdim etməyə çalışdığı şey, əslində, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə zərbə vurmaq məqsədilə aparılan təxribatçı və məsuliyyətsiz siyasi kampaniyadır.

30 ilə yaxındır ki, məhz Ermənistan 1993-cü ilin müvafiq dörd qətnaməsinə və Təhlükəsizlik Şurası sədrinin işğalçı qüvvələrin Azərbaycan ərazisindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən bir sıra bəyanatlarına məhəl qoymayıb.

Bu kontekstdə Ermənistanın hərəkətləri əvvəlcədən planlaşdırılmış siyasi ikiüzlülüyün təcəssümündən başqa bir şey deyil”.

 

 

Yaşar Əliyev: “Qarabağ bölgəsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir və orada yaşayan etnik ermənilər Azərbaycanın sakinləri hesab olunur.

Azərbaycan hökuməti bu sakinlərin zəruri mallara çıxışını təmin etmək, onlar üçün müvafiq yaşayış şəraiti yaratmaq əzmindədir. Bu məqsədlər beynəlxalq hüquqa və beynəlxalq humanitar hüququn prinsiplərinə tam uyğundur ki, bu da Azərbaycanın sözügedən standartlara riayət etməkdə sarsılmaz sadiqliyini nümayiş etdirir”.

 

 

Yaşar Əliyev: “Əgər Ermənistan həqiqətən də rayonun sadə sakinlərini düşünsəydi, o zaman Ağdam-Xankəndi yolu ilə Qarabağ bölgəsinə yüklərin çatdırılmasına heç vaxt etiraz etməzdi. Bu yol Azərbaycanın əsas nəqliyyat marşrutlarından biri olan “İpək Yolu” və ya M2 kimi tanınan və beynəlxalq bazarlara etibarlı əlaqələri təmin edən magistral yolu ilə birləşir. Dağ serpantinləri ilə uzanan 59 km-lik Laçın-Xankəndi yolu ilə müqayisədə bu yolun Ağdamla Xankəndi arasında uzunluğu cəmi 18 km-dir. Bu gün Ağdama səfəri çərçivəsində Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun, o cümlədən BMT-nin rezident əlaqələndiricisinin ofisi və BMT-nin digər strukturlarının nümayəndələri yolun işləməsi və yüklərin daşınmasına hazırlığının şahidi olublar”

Türkiyə nümayəndəsi: “Türkiyə Ermənistanın BMT Təhlükəsizlik Şurasından Bakıya qarşı əsassız ittihamlar irəli sürmək cəhdindən narahatdır. Türkiyə Azərbaycanın öz suveren ərazisində istədiyini etmək hüququna malik olduğunu bəyan edir, separatçıların Bakı ilə danışıqlar aparmadığını bildirir”.

İclasın videosunu təqdim edirik: https://media.un.org/ru/asset/k14/k1498sf9lh

About Author