XƏBƏRLENTİ

xeberlenti.com

Boks üzrə Azərbaycan millisi yeni rekord müəyyənləşdirib

Boks üzrə yeniyetmələrdən ibarət Azərbaycan millisi yeni rekord müəyyənləşdirib.

Bu barədə Boks Federasiyası məlumat yayıb.

Bildirilib ki, komanda bu uğura Belarusda keçirilən II MDB Oyunlarında imza atıb.

Yığmanın heyətində Aynur Mikayılova (54 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Ziya Həsənov (71 kq) və Fərhad Şeydayev (75 kq) gümüş medal qazanıblar.

Ömər Aslanlı (54 kq), Aslan Quliyev (63,5 kq), Lalə Mədətova (48 kq), Aysu İsmayılova (50 kq), Nərmin Əlizadə (52 kq) və Qızbəs İsgəndər (60 kq) yarışı bürünc mükafatla bitiriblər.

Bununla da I MDB Oyunları ilə müqayisədə medalların sayında ikiqat artım qeydə alınıb.

Komanda dörd gümüş və altı bürünc medal əldə etməklə, ikinci ilki də rəsmiləşdirib. Boksçular mükafat sayı ilə yanaşı, medalların əyarında da rekord müəyyənləşdiriblər. Bundan əlavə, Orşa şəhərində baş tutan yarışda qızlardan ibarət yığma üç medalı beşə, oğlanlardan ibarət komanda isə iki mükafatı beşə yüksəldib.

Qeyd edək ki, iki il öncə Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında Azərbaycan boksçularının qazancı beş bürünc medal olub. Belarusda, həmçinin, dörd gümüş medal əldə etməklə mükafatların əyarında da ilk yaşanıb.

About Author