NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Ukrayna Silahlı Qüvvələri davam edən əks-hücum əməliyyatında irəliləyiş əldə edib.
Bu barədə “Reuters” məlumat yayıb. Jurnalistlərin suallarını cavablandıran Şimali Atlantika Alyansının rəhbəri qeyd edib ki, “vəziyyətin son dərəcə qeyri-müəyyən olaraq qalmasına baxmayaraq, ukraynalılar durmadan irəliləyirlər”.
Bundan əvvəl NATO baş katibinin ofisinin rəhbəri Stian Yenssen bildirmişdi ki, Ukraynanın alyansa üzvlük müqabilində Rusiyanın xeyrinə öz ərazilərinin bir hissəsindən imtina etməsi həqiqətən də hərbi münaqişəyə son qoya bilər.
Eyni zamanda, Yens Stoltenberq özü dəfələrlə rəsmi Kiyevin iştirakı olmadan Ukrayna müharibəsinin nizamlanması ilə bağlı hər hansı qərarı müzakirə etməkdən imtina edib.