XƏBƏRLENTİ

xeberlenti.com

Qusarda istirahət mərkəzində 5 nəfər zəhərləndi

Qusar rayonunda, istirahət mərkəzində 5 nəfər zəhərlənib.

Hadisə Qusar rayonunun Caqar kəndində, “Park Qusar” istirahət mərkəzinin ərazisində qeydə alınıb.

Belə ki, istirahət edən sakinlər – 1973-cü il təvəllüdlü Aynurə Bəhram qızı Fərzəliyeva, 2003-cü il təvəllüdlü Bəhram Mübariz oğlu Xanıyev, 1986-cı il təvəllüdlü Fərid Zaman oğlu Əsgərli, 1997-ci il təvəllüdlü Aygül Mübariz qızı Xanızadəvə 2002-ci il təvəllüdlü Qızbəs Fəhruz qızı Fərzəliyeva zəhərlənmə diaqnozu ilə rayon xəstəxanasına aparılıblar.

İlkin ehtimala görə, həmin şəxslər qəbul etdikləri qidadan zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.

About Author