XƏBƏRLENTİ

xeberlenti.com

Ucarda 42 yaşlı qadın öldürülüb

Avqustun 18-də səhər saatlarında Ucar Rayon Polis Şöbəsinə rayonun Qaradağlı kənd sakini, 1981 təvəllüdlü Ş.Qurbanovanın boğularaq öldürülməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən  məlumata görə, hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırmalar aparılır, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

About Author