XƏBƏRLENTİ

xeberlenti.com

WhatsApp”dan növbəti yenilik

“WhatsApp” foto və video paylaşma keyfiyyətini yaxşılaşdırmaq üçün yeni funksiya üzərində işləyir.

WhatsApp” istifadəçiləri artıq foto və video paylaşımlarında daha keyfiyyətli məzmun yerləşdirə biləcəklər. Tətbiqin tərtibatçı komandası media məzmununun sıxılmasını minimuma endirəcək alqoritm üzərində işləyir. Bu, istifadəçilərə paylaşdıqları məzmuna daha aydın və canlı baxmaq imkanı verəcək.

Qeyd edək ki, 180-dən çox ölkədə 2 milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün “WhatsApp”dan istifadə edir. “WhatsApp” ödənişsizdir və bütün dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı mesajlaşma və zəngetmə xidmətlərini təklif edir.

About Author