XƏBƏRLENTİ

xeberlenti.com

Vensan Abubakar: “Neftçi” ilə oyun növbəti matçlar üçün nümunə oldu”

“Bu qarşılaşma növbəti matçlar üçün yaxşı nümunə oldu. Sonadək mübarizə apardıq və döyüşkənliyimizi göstərdik”.

Bunu “Beşiktaş”ın futbolçusu Vensan Abubakar Türkiyədə “Neftçi”yə 2:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu ilə bağlı klubun rəsmi saytına açıqlamasında deyib.

32 yaşlı hücumçu bütün komanda yoldaşlarına təşəkkür etdiyini söyləyib: “Geridönüş edərək komanda ruhunu göstərdik. İkinci hissədə xarakter ortaya qoyduq və çox həvəslə oynadıq. Qələbə qazandığımız üçün xoşbəxtik”.

Qeyd edək ki, İstanbul təmsilçisi Bakıdakı görüşdə də qələbə qazanmışdı – 3:1.

About Author