XƏBƏRLENTİ

xeberlenti.com

Maks Ferstappen: “Dünyanın ən yaxşısı mənəm”

“Dünyanın ən yaxşısı olmadığım fikrinə qatılmıram. Özümü ən güclü hesab edirəm”.

“Bunu “Formula 1” üzrə dünya çempionatında mübarizə aparan “Red Bull”un pilotu Maks Ferstappen deyib.

Niderlandlı sürücü həmişə özünü ən yüksək pillələrdə gördüyünü bildirib: “Pilot olanda artıq özünü ən yaxşılar sırasına qatmalısan. Əks halda, uğur qazana bilməyəcəksən. Ən yaxşı atlı olmasan belə, yenə də özünəinamı aşılamalısan. Özümə heç vaxt “Mən düşündüyüm qədər yaxşıyam” sualını vermirəm”.

Qeyd edək ki, Maks Ferstappen 2021 və 2022-ci illərdə “Formula 1” üzrə dünya çempionatının qalibi olub. 26 yaşlı pilot hazırda davam edən 2023 mövsümünə 13 mərhələdən sonra 314 xalla liderlik edir.

About Author