XƏBƏRLENTİ

xeberlenti.com

Moskvanın hava məkanından istifadə ilə bağlı bütün məhdudiyyətlər aradan qaldırılıb

Moskvaya uçan 50-yə yaxın təyyarə digər hava limanlarına yönləndirilib.

Bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

Məlumata əsasən, 45 sərnişin və 2 yük reysi Nijni Novqorod, Kazan və Sankt-Peterburqun alternativ hava limanlarına yönləndirilib.

Həmçinin əlavə olunub ki, hazırda Moskvanın hava məkanından istifadə ilə bağlı bütün məhdudiyyətlər aradan qaldırılıb və reyslər qısa zamanda bərpa olunacaq.

About Author