XƏBƏRLENTİ

xeberlenti.com

Avropa Çempionatı: Qadın voleybolçulardan ibarət millimiz Yunanıstan millisinə qalib gəlib

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Almaniyanın Düsseldorf şəhərində təşkil olunan Avropa Çempionatında növbəti oyununa çıxıb.C  qrupunda yer alan yığmamız IV tur matçında Yunanıstan komandası ilə qarşılaşıb.
İlk üç turdan sonra aktivində 3 xal olan komandaların duelindən Ataman Güneyligilin yetirmələri 3:2 (22:25, 25:19, 27:29, 25:18, 15:12) hesablı qələbə ilə ayrılıblar.
Qeyd edək ki, Azərbaycan millisi qrupda son oyununu avqustun 23-də İsveçə qarşı keçirəcək.

About Author