Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq bələdiyyə sədrinə bəraət verilməsinə görə protest verilib.
Bu barədə Baş Prokurorluqdan bildirilib.
Məlumata görə, Səbail bələdiyyəsinin sabiq sədri Hüseynov Əhməd Həsən oğluna bəraət verilməsi, eləcə də, ittiham olunduğu cinayət əməlinə tam qiymət verilməməsi ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 avqust 2023-cü il tarixli hökmündən Baş Prokurorluq tərəfindən apellyasiya protesti verilib.