XƏBƏRLENTİ

xeberlenti.com

Xaçmazda iki maşın toqquşub, xəsarət alanlar var

Bu gün Xaçmaz rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib .

Hadisə Gəndob-Yalama yolunun 23-cü km-də, Xaçmaz şəhəri ərazisində qeydə alınıb. İki nəqliyyat vasitəsinin toqquşması nəticəsində idarəetməni itirən “VAZ 2107″markalı avtomobil yoldan çıxaraq işıq dirəyinə çırpılıb. Qəza nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri  ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

About Author