XƏBƏRLENTİ

xeberlenti.com

Mədəniyyət nümayəndələri Xalq artisti Şahmar Ələkbərovu məzarı önündə yad ediblər

Xalq artisti, görkəmli aktyor və rejissor Şahmar Ələkbərovun 80 illik yubileyi münasibətilə İkinci Fəxri Xiyabanda məzarı ziyarət olunub.

Tədbirdə Mədəniyyət Nazirliyinin nümayəndələri, kino ictimaiyyəti və rejissorun yaxınları iştirak ediblər.

Nazirliyin nümayəndələri və incəsənət xadimləri sənətkarın məzarı üstünə güllər düzüb, xatirəsini yad ediblər.

Qeyd edək ki, Şahmar Ələkbərov 20 illik yaradıcılığı dövründə “Dağlarda döyüş”, “Yeddi oğul istərəm”, “İntizar”, “Axırıncı aşırım”, “Arxadan vurulan zərbə”, “Babək” kimi filmlərdə müxtəlif obrazlar yaradıb.

Xatırladaq ki, Xalq artisti, Dövlət mükafatı laureatı Şahmar Ələkbərov 1992-ci il avqustun 12-də vəfat edib.

About Author