XƏBƏRLENTİ

xeberlenti.com

Azəriqaz”da media və QHT nümayəndələri ilə növbəti görüş olacaq

“Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 25 avqust saat 11:00-da başlayacaq.

Aksiya “Facebook” sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.

Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.

About Author