XƏBƏRLENTİ

xeberlenti.com

Fəhlədən İnkişaf Layihəsində 92 nəfər mütəxəssis vəzifəsinə yüksəlib

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “AVT Logistics” şirkəti karyeralarında inkişaf etmək istəyən əməkdaşlara dəstək məqsədi ilə Fəhlədən İnkişaf Layihəsini (FİL) davam etdirir.

İndiyə qədər layihədə iştirak edən 92 əməkdaş şirkətdə müxtəlif sahələr üzrə mütəxəssis və texniki icraçı kateqoriyalı vəzifələrə yüksəlib.

Azərbaycanın əmək bazarında ixtisaslı kadrlar yetişdirmək məqsədi daşıyan Fəhlədən İnkişaf Layihəsində üç il ərzində 142 əməkdaş iştirak edib.

About Author