XƏBƏRLENTİ

xeberlenti.com

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Nazirlikdən bildirilib ki, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
 Ermənistan hərbçiləri növbəti dəfə silahlı təxribata əl atıblar.
Müdafiə nazirliyindən verilən məlumata görə, avqustun 23-ü saat 23:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

About Author