XƏBƏRLENTİ

xeberlenti.com

Füzulidə oğurluq hadisəsi

Füzuli rayonunda şirkətdən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən xəbərə görə, Füzuli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 22-də Kərimbəyli kəndi ərazisində yerləşən şirkətlərdən birinə məxsus 20 ədəd yük avtomobilindən 72 ədəd təkər diski, şinləri və 33 ədəd akkumulyator oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini Vüsal Bədəlov müəyyən olunaraq saxlanılıb.

About Author