Ukraynanın kəşfiyyat bölmələri xüsusi əməliyyat çərçivəsində Krım yarımadasına daxil olub.
Bu barədə məlumatı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat idarəsinin nümayəndəsi Andrey Yusov açıqlayıb.
Onun sözlərinə görə, kəşfiyyat bölmələri xüsusi əməliyyatı hərbi-dəniz donanması ilə keçirib: “Əməliyyatın məqsədlərinə nail olunub, şəxsi heyət arasında itki yoxdur. Əməliyyat davam etdirilir, qarşı tərəfdən itkilər var. İtkilərin sayı dəqiqləşdirilir”.
Xatırladaq ki, Krım 2014-cü ildə Rusiya tərəfindən ilhaq olunub.