XƏBƏRLENTİ

xeberlenti.com

DİN: Ölkə ərazisində qeydə alının 205 cinayətin açılması təmin olunub

Avqustun 26-da və 27-də ölkə ərazisində qeydə alınan 95, əvvəlki dövrlərdən bağlı qalan 110 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olan ümumilikdə 68, o cümlədən borclu şəxs qismində axtarışda olan 49 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Narkotiklərlə əlaqəli 37, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Qeyd olunub ki, cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb.

About Author