XƏBƏRLENTİ

xeberlenti.com

Bakıdan Xankəndiyə humanitar yardım YOLA SALINDI

Bu gün bizim humanitar karvanımız Xankəndiyə yola düşəcək. Biz Ağdam-Xankəndi yolu ilə yollanacağıq”.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, deputat Novruz Aslan deyib.

Onun sözlərinə görə, ilkin mərhələ üçün 40 ton un məmulatları göndəriləcək:

“Ümid edirik ki, bu addım Xankəndidə yaşayan ermənilər və beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanacaq. Gələcəkdə qiymətləndirmə prosesini həyata keçirə bilsək, onların digər ehtiyacı olduğu ləvazimatları da çatdıra bilərik”.
Qeyd edək ki, humanitar yardım artıq yola salınıb

About Author