XƏBƏRLENTİ

xeberlenti.com

İtkin düşən alimlər təxliyə edildilər

Azərbaycanda iki gənc alim itkin düşüb.

Elnur Nəciyev və Emil Cəbrayılov Quba-İsmayılı istiqamətində yoxa çıxıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan saytımıza bildirilib ki, qeyd olunan şəxslərlə bağlı polisə müraciət edilib, barələrində axtarış elan olunub və tapılmaları istiqamətində tədbirlər görülür.

FHN-dən bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə İsmayıllı rayonu istiqamətində dağlıq ərazidə iki vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal köməksiz vəziyyətdə qalan şəxslərlə rabitə əlaqəsi yaradılıb və koordinatları müəyyən edilərək aidiyyəti üzrə ötürülüb.

Hazırda vətəndaşlar Elnur Nəciyevin və Emil Cəbrayılovun  aidiyyəti qurumlarla koordinasiyalı şəkildə təxliyə edilməsi istiqamətində işlər aparılır.

***

Gənc alimlər  Elnur Nəciyev və Emil Cəbrayılov təxliyə ediliblər.

Əldə etdiyimiz məlumata görə, hazırda onlar İsmayıllı rayonuna gətirilirlər.

Qeyd edək ki, alimlər ekspedisiya məqsədilə dağlıq əraziyə gediblər. Dumanlı hava səbəbindən onlar yolu azaraq itkin düşüblər.

About Author