XƏBƏRLENTİ

xeberlenti.com

Birinci Qarabağ müharibəsi şəhidi Əhməd Möhbalıyevin xatirəsi anılıb

Sentyabrın 1-də Birinci Qarabağ müharibəsi şəhidi, tabor komandiri Əhməd Möhbalıyevin Şəhidlər xiyabanında anım mərasimi keçirilib.

Anım tədbirində şəhidin ailə üzvləri, Azərbaycan Veteran Tankçılar İctimai Birliyinin rəhbərliyi, döyüş yoldaşları, müharibə veteranları və başqa qonaqlar iştirak ediblər.

Çıxışlarda şəhidin keçdiyi şərəfli ömür və döyüş yolundan bəhs olunub, onun döyüş bacarığından, peşəkarlığından söz açılıb.

Qeyd olunub ki, Əhməd Möhbalıyev 1968-ci il sentyabrın 1-də Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunun Qıvraq kəndində anadan olub. 1992-ci ilin aprelindən yenicə formalaşmaqda olan Azərbaycan Milli Ordu sıralarında kadr zabiti kimi cəbhə xəttindəki tank taborunda xidmətə başlayıb. Birinci Qarabağ müharibəsi dövründə Ağdam rayonunun Çullu, Boyəhmədli, Papravənd və Qızıllı-Kəngərli uğrunda gedən döyüşlərdə iştirak edib. 1993-cü il iyunun 25-də Ağdam rayonunun Qızıllı-Kəngərli kəndi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra şəhid Əhməd Möhbalıyev “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

Mərasimdə şəhid ailələrinə göstərilən dövlət qayğısından danışılıb.

 

About Author