XƏBƏRLENTİ

xeberlenti.com

Bakıda kollec yataqxanasında yanğın olub, 4 nəfər təxliyə edilib –

Bakı şəhərinin Sabunçu rayonunda beşmərtəbəli yataqxana binasında yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, yataqxananın 2-ci mərtəbəsinin dəhlizində ümumi sahəsi 10 m² olan mətbəxdə 1 ədəd qaz sobası yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 4 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mətbəxin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

About Author