XƏBƏRLENTİ

xeberlenti.com

Gəncə sakinləri Göygöldə maşın və qoyun oğurladılar

Göygöl rayonunda avtomobil qaçırılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sentyabrın 2-də gecə saatlarında Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisindən “QAZ-31029” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Gəncə şəhər sakinləri Tural Məmmədov və əvvəllər məhkum olunmuş Vasif Niyazlı müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalarla onların həmin gecə Yeni Qızılca kəndi ərazisində yerləşən mal-qara bazarından qoyun oğurlamaları da müəyyən olunub. Araşdırmalar davam etdirilir.

About Author