XƏBƏRLENTİ

xeberlenti.com

Xarici işlər naziri Macarıstana rəsmi səfərə yola düşüb

Xarici işlər naziri Ceyhun Bayramov sentyabrın 4-də Macarıstana rəsmi səfərə yola düşüb.

Xarici İşlər Nazirliyindən  bildirilib ki, səfər çərçivəsində Azərbaycan-Macarıstan Strateji Dialoqunun ilk iclasının, nazir Ceyhun Bayramov ilə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşlərin keçirilməsi nəzərdə tutulur.

Nazir Ceyhun Bayramov səfər çərçivəsində, Macarıstanın diplomatik nümayəndəliklərinin rəhbərlərinin konfransında da çıxış edəcək.

About Author