XƏBƏRLENTİ

xeberlenti.com

“Qarabağ”ın əcnəbi futbolçuları milli komandalara dəvət alıblar

Qarabağ”ın üç əcnəbi futbolçusu öz ölkələrinin yığmasına dəvət alıb.

Ağdam təmsilçisinin mətbuat xidmətindən  verilən məlumata görə, Marko Yankoviç sentyabrın 7-də Litva, 10-da isə Bolqarıstanla qarşılaşacaq Monteneqro millisinə çağırılıb.

Kabo-verdeli hücumameyilli yarımmüdafiəçi Leandro Andrade Afrika Millətlər Kubokunun seçmə mərhələsində sentyabrın 10-da Toqo millisi ilə matç üçün yığmaya dəvət olunub.

Qapıçı Luka Quqeşaşvili isə Gürcüstan millisinə çağırılıb. Onun komandası AVRO-2024-ün seçmə mərhələsində sentyabrın 8-də İspaniya, 12-də isə Norveçlə qarşılaşacaq.

About Author