XƏBƏRLENTİ

xeberlenti.com

Futzal üzrə Azərbaycan millisinin heyəti açıqlandı

DÇ-2024-ün elit-raund mərhələsində sentyabrın 15-də səfərdə Rumıniya, beş gün sonra Bakıda Niderland yığması ilə qarşılaşacaq futzal üzrə Azərbaycan millisinin təlim-məşq toplanışı başlayıb.

Federasiyadan verilən məlumata görə, bu gün və sabah Bakıda hazırlıq keçəcək komanda sentyabrın 13-də Bakı-İstanbul-Buxarest hava reysi ilə səfərə yollanacaq. İki gün oyunun keçiriləcəyi Buzau şəhərindəki “Romeo lamadi arena”da məşq edəcək kollektiv matçın ertəsi gün Bakıya dönəcək.

Sentyabrın 17-dən 20-dək hazırlığını Bakı İdman Sarayında reallaşdıracaq millinin baş məşqçisi Vitali Borisov təlim-məşq toplanışına 14 futzalçı dəvət edib:

Qapıçılar: Emin Kürdov (“Araz-Naxçıvan”), Rövşən Hüseynli (“Atırau”, Qazaxıstan)

Oyunçular: Xətai Bağırov, Amadeu, İsa Atayev, Felipinyo, Xəzər Ağalızadə, Novruz Kazıxanov (hamısı “Araz-Naxçıvan”), Hadi Ahmadi (“Aktobe”, Qazaxıstan), Amir Şocaei (“Neftçi” İK), Everton Kardoso “Qallo” (“Manzanares”, İspaniya), Rafael Vilela, Eduardo Borges (hər ikisi RSCA, Belçika), Oktay Rüstəmli (“Baku Fire”)

About Author