XƏBƏRLENTİ

xeberlenti.com

Rusiya Qızıl Xaç Cəmiyyətinin göndəriyi yardım Bərdədə gözləməkdə davam edir

Rusiya Qızıl Xaç Cəmiyyətinin Qarabağdakı ermənilərə göndəriyi yardım maşını hələ də Bərdədə gözləyir.

Rusiyadan göndərilən ərzaq dolu yük maşını 2-ci gündür ki, Bərdə şəhərində gözləməkdədir.

Xatırladaq ki, Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədi ilə Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə ümumilikdə 1 TIR ərzaq yükü göndərilib.

About Author