XƏBƏRLENTİ

xeberlenti.com

Xaçmaz-Xudat yolu üzərində körpü uçub, xəsarət alanlar var

 

Rayon Fövqəladə Hallar Komissiyasının sədri, Xaçmaz rayon icra hakimiyyətinin birinci müavini Anar Oruclu bildirib ki, bir neçə istiqamətdə alternativ yollar istifadəyə verilib.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları səbəbindən Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisində Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci kilometrliyində körpünün uçması barədə məlumat daxil olub.
FHN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, hadisə ilə əlaqədar dərhal FHN-in Şimal Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
İlkin məlumata əsasən, xilasedicilər tərəfindən xüsusi vasitələrdən istifadə olunmaqla 2 nəfər xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Əlavə məlumat veriləcək.
Gəndob-Yalama yolunun 27-ci km-də, Xaçmaz-Xudat yolunun Qudyalçay üzərində yerləşən körpünün uçması nəticəsində 3 nəfər xəsarət alıb.

About Author