XƏBƏRLENTİ

xeberlenti.com

“Soydaşlarımız Qərbi Azərbaycana sülhlə qayıdacaq”

“Qərbi Azərbaycanla bağlı Milli Məclisdə ictimai dinləmələr ənənəyə çevrilib. Artıq Milli Məclisdə bununla bağlı dördüncü dinləmə keçirilir”. 

Bunu Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Milli Məclisdə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış: Hüquqi aspektlər” mövzusunda ictimai dinləmədə bildirib.

“Biz təkcə ölkə daxilində deyil, beynəlxalq istiqamətdə də bu sahədə işlərimizi davam etdiririk. Türkiyədə Qərbi Azərbaycanla bağlı onlarla dərnəklər var. Eyni zamanda Rusiyada da kifayət qədər Qərbi Azərbaycanla bağlı dərnəklər var. Biz əminik ki, Qərbi Azərbaycana soydaşlarımız sülh yolu ilə qayıdacaq. Bir daha bildiririk ki, silah və tankla yox, cənab prezidentin dəmir iradəsi ilə bu proses olacaq. Bunun üçün hüquqi sənədlərin olması çox vacibdir. Qayıdış bundan sonra sadəcə hüquqla və sülhlə olacaq”, – deyə Ə.Əmiraslanov qeyd edib.

About Author