XƏBƏRLENTİ

xeberlenti.com

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məlumatı

Azərbaycan Respublikasının Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli və orada yaşayan erməni sakinlərinin ehtiyaclarının təmin olunması üçün təxirəsalınmaz tədbirlər davam etdirilir.
2023-cü il sentyabrın 26-da bağçaların, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin yanacaq-sürtkü materialları ilə təmin edilməsi məqsədilə Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə 38 ton benzin, 16 ton dizellə dolu növbəti 2 avtomobil yola salınıb.

About Author