XƏBƏRLENTİ

xeberlenti.com

Türk dövlətlərinin diaspor gəncləri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər –

Türk dövlətlərinin diaspor gəncləri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

Diaspor gəncləri ulu öndərin məzarını ziyarət edərək abidə qarşısına əklil və gül dəstələri qoyublar.

Fəxri xiyabanda görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da məzarı ziyarət olunub.

Daha sonra Şəhidlər xiyabanı ziyarət olunaraq şəhidlərin məzarı qarşısına gül dəstələri düzülüb və onların əziz xatirələri yad edilib. Eyni zamanda, Əbədi məşəlin qarşısına əklil qoyulub.

About Author