Bu ayın yükü ağır olduğu qədər də şərəflidir. İndi onun ağırlığı xalqımızın və hər bir azərbaycanlının ürəyində artıq 2 dəfə artıb. Amma tab gətirməyi bacarırıq, bacarmalıqıyıq, yenilməz Ordumuzun qüdrətinə güvənirik, güvənməliyik. Əgər Şəhid Analarımız və atalarımız başlarını dik tutub, əlləri ilə göz yaşlarını silə-silə, mən oğlumla fəxr edirəm, o tək mənim övladım deyil bu məmləkətin, bu Vətənun oğludur deməkdən yorulmayıbsa, düşmən qarşımızda diz çökəcək. Məhz Azərbaycan üçün döyüşən, qanından, canından keçən şəhidlərimizin, sağlamlığını itirən qazilərimizin hesabına Azərbaycanın hər qarış torpağının üstündə erməni at oynada bilmədi. Tarix təkrarlanaraq, onlara elə bir möhkəm sillə çəkdi ki, ömrü boyu unuda bilməyəcəklər. Ürəyimizə çəkdikləri dağı ürəklərinə çəkdi Vətən oğullarımız. Onlar 30 il düşmən haqsızlığına dustaq qalmış Vətənimizi azad edib, Şuşamızı, Xankəndimizi bizə qaytardılar, onlar əsl tarix yazdılar – 27 sentyabr anım günü tarixini. Həqiqət dolu, cəsarət dolu, qəhrəmanlıq dolu bir tarix…
Müəllif:Aynur Nadirqızı