XƏBƏRLENTİ

xeberlenti.com

Pakistanda mərmi partlaması nəticəsində 8 nəfər ölüb

Pakistanın cənub-şərqində artilleriya mərmisinin partlaması nəticəsində 8 nəfər həlak olub.

Bu barədə yerli “The News International” nəşri yazıb.

 

Nəşrin məlumatına görə, Pakistanın Sind əyalətinin Kaşmor rayonunda uşaqlar tərəfindən tapılan mərmi evə gətirilib və mərminin evdə detonasiyası nəticəsində azı 8 nəfər həlak olub.

Hazırda mərminin həmin əraziyə necə gətirilməsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

About Author