XƏBƏRLENTİ

xeberlenti.com

Həqiqət dolu, cəsarət dolu, qəhrəmanlıq dolu bir tarix…

Bu ayın yükü ağır olduğu qədər də şərəflidir. İndi onun  ağırlığı  xalqımızın və hər bir azərbaycanlının  ürəyində artıq 2 dəfə  artıb. Amma tab gətirməyi bacarırıq, bacarmalıqıyıq,  yenilməz Ordumuzun qüdrətinə  güvənirik, güvənməliyik.  Əgər Şəhid Analarımız   və atalarımız başlarını  dik tutub,  əlləri ilə göz yaşlarını silə-silə, mən oğlumla   fəxr edirəm, o tək mənim övladım deyil bu məmləkətin, bu Vətənun oğludur deməkdən yorulmayıbsa,  düşmən qarşımızda diz çökəcək. Məhz Azərbaycan üçün döyüşən, qanından, canından keçən şəhidlərimizin, sağlamlığını itirən qazilərimizin hesabına Azərbaycanın hər qarış torpağının üstündə erməni at oynada bilmədi. Tarix təkrarlanaraq, onlara elə bir möhkəm sillə çəkdi ki, ömrü boyu unuda bilməyəcəklər. Ürəyimizə çəkdikləri dağı ürəklərinə çəkdi Vətən oğullarımız. Onlar  30 il düşmən haqsızlığına dustaq qalmış  Vətənimizi azad edib,  Şuşamızı,  Xankəndimizi  bizə qaytardılar,  onlar əsl tarix yazdılar  – 27 sentyabr anım günü tarixini.  Həqiqət dolu, cəsarət dolu, qəhrəmanlıq dolu bir tarix…

Müəllif:Aynur Nadirqızı

 

About Author