XƏBƏRLENTİ

xeberlenti.com

Toyuq əti yuyulduqda nə baş verir?

Toyuq əti bişdiyi zaman bakteriyalar azalır. Ən böyük səhvlərdən biri isə toyuq ətini bişirməzdən əvvəl yumaqdır. Toyuq ətinin yuyulması sağlamlığınıza ciddi zərər verə bilər. Çiy toyuq ətinin yuyulması içindəki bakteriyaların yayılmasına səbəb olur. Sıçrayan mikroorqanizmlər çarpaz çirklənməyə səbəb olaraq sağlamlığınıza təhlükə yarada bilər.Böyük Britaniya Qida Standartları Agentliyi toyuq ətinin bişirilmədən əvvəl yuyulmasının qida zəhərlənməsinə səbəb ola biləcəyini açıqlayıb. Toyuqda campylobacter adlanan bakteriyalar əllər, mətbəx əşyaları, qablar və paltarlar üçün çirklənmə riski yaradır.

 

About Author