Müharibə davam etdiyi bir zamanda mən geri çəkilə bilmərəm.
Bunu Ukrayna Prezidenti Vladimir Zelenski Rumıniyanın “Digi24” televiziyasına müsahibəsində bildirib.
Ukrayna lideri qeyd edib ki, müharibə davam edəcəyi təqdirdə ikinci dəfə prezident seçkilərində iştirak edə bilər, lakin müharibə bitdiyi halda ikinci dəfə namizədliyini irəli sürməyəcək.
Zelenski həmçinin müharibənin başa çatması ilə bağlı tarix açıqlamayıb, lakin qeyd edib ki, hazırda Ukraynan son və ən çətin mərhələdən keçir.