XƏBƏRLENTİ

xeberlenti.com

Sabiq məktəb direktoru barəsində cinayət işi başladı

Xeberlenti.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, İ.Tağıyev direktor işlədiyi müddətdə işçilərdən külli miqdarda rüşvət almaqda ittiham olunur.

Ona qarşı Cinayət Məcəlləsinin 311.3.3-cü ( külli miqdarda rüşvət alma-təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Yaşı ilə bağlı onun barəsində istintaq dövrü müddətində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, İngilis Tağıyev 1 il əvvəl yaş həddi ilə bağlı təqaüdə göndərilib. Bir müddət sonra Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunub.

About Author