XƏBƏRLENTİ

xeberlenti.com

20 yaşlı qadın qətlə yetirildi

Sulutəpədə bacısını qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.Bu barədə Binəqədi rayon prokrorluğundan bildirilib.Oktyabrın 12-də saat 23 radələrində 2003- cü il təvəllüdlü İlahə Kərimovanın qətlə yetirilməsi barədə rayon prokrorluğuna məlumat daxil olub.Araşdırmalara görə 2004- cü il təvəllüdlü Həsən Kərimovun Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evlərinin birində aralarında yaranmış mübahisə nəticəsində bacısı İlahə Kərimovanı öldürülməsinə dair  əsaslı şübhələr müəyyən edilib.Hazırda ibtidai istintaq davam edir.

About Author