XƏBƏRLENTİ

xeberlenti.com

Bakı-Sumqayıt yolunda 3 avtomobilin iştirakı ilə qəza baş verib

Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Xeberlenti.com APA  -ya istinadən xəbər verir ki, qəza yolun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Üç avtomobilin iştirakı ilə baş verən qəzada minik avtomobillərindən biri zərbənin təsirindən yolun kənarına aşıb.

Əraziyə polis əməkdaşları cəlb edilib. Yolda hərəkət bərpa edilib. Hadisədə avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

About Author