XƏBƏRLENTİ

xeberlenti.com

Bakıda qısqanc ər arvadını öldürdü

Oktyabrın 16-da saat 15 radələrində paytaxtın Nizami rayonunda evlərin birində 38 yaşlı Həşimova Yaqut Himayət  qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının həyat yoldaşı 39 yaşlı Həşimov Anar Malik oğlu könüllü olaraq polisə gələrək təslim olub. O, saxlanılıb.

İlkin məlumata görə cinayət hadisəsi qısqanclıq zəminində baş verib.

About Author