XƏBƏRLENTİ

xeberlenti.com

“Ermənistanla sülh sazişinin imzalanması üçün real şanslar var” – XİN rəhbəri

Azərbaycanın bütün ərazisində suverenliyinin bərpa edilməsindən sonra Ermənistanla sülh sazişi imzalanması üçün real şanslar var.

Xeberlenti.com xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbokla telefon danışığında deyib.

“Bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində səylərə mane olan təxribatçı addımlardan, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı olan çağırışları dəstəkləyən bəyanatlardan çəkinmək vacibdir. Azərbaycanın bütün ərazisində suverenliyinin bərpa edilməsindən sonra Ermənistanla sülh sazişi imzalanması üçün real şanslar var, Ermənistan tərəfindən bu imkanların müsbət dəyərləndiriləcəyinə ümidvarıq”, – deyə nazir qeyd edib.

About Author